“Qazandığınızdan bizə heç bir pay ödəmirsiniz”

25 Yanvar 2022 13:21 (UTC+04:00)

Amerikalı milyarder reper Kanye Uest ziddiyyətli debütlərinə yenisini əlavə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, yeni sevgilisi, 31 yaşlı aktrisa Culiya Foks ilə Mayamidə qatıldığı ziyafətdə paparatsilərdən öz fotolarının müəllif hüquqlarının alınmasını istəyəcəyini bildirib.

O, “Hazırda heç bir ödəniş etmədən bizə baxırsınız. Siz bizi hər zaman izləyirsiniz. Qazandığınızdan bizə heç bir pay ödəmirsiniz. Mən bu sistemi dəyişəcəyəm” deyib.

Qeyd edək ki, Uestin sərvəti 1,3 milyard dollardır.

Ayşən Vəli