67 il çimməyən kişini müayinə edən həkimlər şoka düşüb

25 Yanvar 2022 06:48 (UTC+04:00)

67 ildir çimməyən iranlı Amou Hadji müayinə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, müayinənin nəticələri həkimləri heyrətə gətirib. Bildirilir ki, 87 yaşlı şəxsin səhhəti üçün heç bir təhlükə yoxdur. Üstəlik onun immunitet sistemi olduqca güclüdür

Qeyd edək ki, iranlı çimməyin ona şansızlıq gətirəcəyini düşündüyü üçün 67 ildir çimmir. İranlının vəziyyəti sakinlərin diqqətini cəlb edib. Onlar küçədə yaşayan yaşlı şəxs üçün kiçik daxma tikib.87 yaşlı şəxs bəzən ölü heyvan ətlərini yeyərək yaşayır.