ABŞ-da yanğın zamanı 3 yanğınsöndürən həlak olub

25 Yanvar 2022 04:43 (UTC+04:00)

ABŞ-ın Baltimor şəhərindəki (Merilend ştatı) binada baş verən yanğının söndürülməsi zamanı azı 3 yanğınsöndürən həlak olub.
SIA-nın xəbərinə görə, hadisə yanan binanın uçması nəticəsində baş verib. Bundan başqa, yanğınsöndürmə xidmətinin daha bir əməkdaşı xəsarət alıb.