Messi karyerasının ən pis mövsümünü keçirir

25 Yanvar 2022 02:36 (UTC+04:00)

Fransa çempionatında PSJ növbəti dəfə evində böyük hesablı qələbə qazanıb.

SİA-nın da məlumatına görə, Paris təmsilçisi “Reyms”ə 4:0 hesabı ilə qalib gəlib.

Paytaxt klubunun hücumçusu Lionel Messi 63-cü dəqiqədə meydana daxil olub və fərqlənə bilməyib. 34 yaşlı futbolçu bu mövsüm Fransa çempionatında cəmi bir qol vurub ki, bu da onun karyerasında ən pis mövsüm kimi tarixə düşüb.