Polat istehsalında rekord artım qeydə alınıb

25 Yanvar 2022 02:23 (UTC+04:00)

2021-ci ildə Türkiyənin xam polad istehsalı 2020-ci ilə müqayisədə 12,7 faiz artaraq 40 milyon tonu ötüb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Polad İstehsalçılar Dərnəyindən (TPİD) bu barədə məlumat yayılıb. Bildirib ki, dünya ticarətində proteksionist tədbirlər, xammal və enerji qıtlığı, karbon emissiyalarının azaldılması hədəfinə nail olmaq üçün tələblərə uyğun istehsal məhdudiyyətlərin tətbiqi səbəbiylə bazarda yaranan qeyri-müəyyənliklərə baxmayaraq polad sənayesi uğurlu bir ili geridə qoyub. 2021-ci ildə xam polad istehsalı əvvəlki illə müqayisədə 12,7 faiz artaraq 40,4 milyon tona çatıb. Bəyanatda qeyd edilib ki, sektorda sərmayə qoyuluşu ilə həyata keçirilən yeni layihələr ilə gələn il də istehsal artımı davam edəcək.