Azərbaycanda oynamış futbolçu... rəsmən Ermənistan klubunda

25 Yanvar 2022 01:35 (UTC+04:00)

Yevgeni Koçuk 2018-2019-cu illərdə "Səbail"in, 2020-ci ildə "Sabah"ın, 2021-ci ildə isə "Keşlə"nin formasını geyinib. Moldova millisinin də üzvü olan futbolçu son olaraq, ölkəsinin “Zimbru" klubunda çıxış edib.

Azərbaycanda “Səbail”, “Sabah” və “Keşlə” klublarının formasını geyinmiş Yevgeni Koçuk bundan sonra karyerasını Ermənistanda davam etdirəcək. SİA xəbər verir ki, Moldovadan olan 28 yaşlı futbolçu sözügedən ölkənin “Pünik" komandasına keçib.

Bu barədə İrəvan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.