Samuxda kafedə yanğın olub

25 Yanvar 2022 00:59 (UTC+04:00)

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 125 kvadratmetr olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 15 kvadratmetr sahədə yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.