Türkiyədə yük terminalının damı güclü qar səbəbindən uçub

24 Yanvar 2022 23:02 (UTC+04:00)

Güclü qar və fırtına nəticəsində İstanbul Hava Limanında Türk Hava Yollarının istifadə etdiyi yük terminalının damı uçub.

SİA-nın əldə etdiyi məlumata görə, Aviaşirkətin media ilə əlaqələr üzrə baş vitse-prezidenti Yəhya Üstün öz Tvitter səhifəsində bildirib ki, hadisə nəticəsində heç bir aviaşirkət əməkdaşı xəsarət almayıb.

Y.Üstün bildirib ki, proses yaxından izlənilir.