Beynəlxalq mükafatlar qazanmış TRT ortaq filmləri

24 Yanvar 2022 22:49 (UTC+04:00)

Türkiyə Radio Televiziya Təşkilatının (TRT) ortaq istehsalı olan filmlər əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də milli və beynəlxalq film festivallarında mükafatlara layiq görülüb.

SİA-nın əldə etdiyi məlumata görə, keçən il festivallara qatılan TRT ortaq istehsalı 31 film milli və beynəlxalq arenada 107 mükafat qazanıb ki, bunun 44-ü sayseçmə "Cannes”, "San Sebastian", "Locarno", "Karlovy Vary”, "Tokio" və "Saraybosna” kimi beynəlxalq film festivallarından qazanılıb.

Keçən il müvəffəqiyyətli performanslarıyla "Antaliya qızıl portağal", "Boğaziçi", "İstanbul", "Adana qızıl barama" (Adana Altın Koza), "Malatya" və "Ankara” film festivallarında göstərilən TRT ortaq istehsalı və TRT dəstəkli filmlər 23 mükafata layiq görülüb.

İlk dəfə premyeraya çıxarılan 7 film - "İki şəfəq arasında" (İki Şafak Arasında), "Müqəddəs ruh" (Kutsal Ruh), "Vəhşi köklər" (Vahşi Kökler), "Kodokushi", "Durna kimi" (Turna Misali), "Müəllim" (Muallim) və "Koridor" 45 festivaldan 32 mükafat qazanıb.

"İdea", "Klonduğa", "Tərəddüd xətti" (Tereddüt Çizgisi), "11 ulduz, Günəş və Ay" (11 Yıldız, Güneş ve Ay), "Bars", "Bir ümid" (Bir Umut), "Bir çimdik qərənfil" (Bir Tutam Karanfil), "Rəhmət" (Rahmet), "Can quşu" (Can Kuşu) və "Gülizar" adlı TRT ortaq istehsalı 10 film də dünyanın mühüm film festivallarından 13-ünün istehsal marketlərinə qatılaraq 8 mükafata layiq görülüb.

Avropada "Saraybosna" və "Karlovy Vary", Türkiyədə isə "Boğaziçi", "Antaliya" və "İstanbul" film festivalları ilə iş birliklərini 2021-ci ildə davam etdirən TRT “Saraybosna” və “Karlovy Vary” film festivallarının sənaye hissələrindəki 3 layihəyə "TRT mükafatı" (TRT Ödülü) verib.