Ingiltərənin “Uotford” komandasının baş məşqçisi Klaudio Ranyeri istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
SİA-nın əldə etdiyi məlumata görə, istefaya komandanın uğursuz çıxışı səbəb olub. İtaliyalı mütəxəssis təyinatından 3 ay sonra tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, "Uotford" 71 yaşlı baş məşqçinin rəhbərliyi altında meydana çıxdığı 13 oyunun 10-da uduzub. Komanda hazırda 14 xalla 19-cu pillədə qərarlaşıb.