Burkina-Fasonun Prezidenti Rok Kristian Kabore saxlanılıb

24 Yanvar 2022 22:22 (UTC+04:00)

Burkina-Faso Prezidenti Rok Kristian Kabore bir qrup əsgər tərəfindən saxlanılıb.

SİA-nın məlumatına görə, Qərb mətbuatında yer alan xəbərlərdə Prezident Kaborenin yanvarın 23-də paytaxt Vaqadugudakı bəzi kazarmalarda atışma səsləri eşidildikdən sonra hərbçilər tərəfindən nəzarətə alındığı bildirilib.

Kaborenin hərbi kazarmalardan birinə aparıldığı qeydə alınıb.