Tovuzda qadını maşın vurub öldürüb

24 Yanvar 2022 22:18 (UTC+04:00)

Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası olub.

SIA-nın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "Nazlifan "markalı minik maşını yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Nüşabə Məmmədovanı vurub. Piyada hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.