Türkiyədə daha 156 koronavirus xəstəsi vəfat edib

24 Yanvar 2022 21:57 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 156 nəfər ölüb.

SIA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 401 min 636 nəfərin test edildiyi, 67 min 023 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 78 min 362 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.