Polisin mətbuat xidmətinin keçmiş rəhbəri saxlanılıb ERMƏNİSTANDA

24 Yanvar 2022 20:01 (UTC+04:00)

Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri, ölkənin eks-prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət blokunun üzvü olan polkovnik Sayat Şirinyan saxlanılıb. SİA xəbər verir ki, bu barədə Şirinyanın vəkili Benik Qalstyan Facebook-da yazıb.

"Təxminən 30 dəqiqə əvvəl Sayat Şirinyan evindən maskalı şəxslər tərəfindən tutularaq aparılıb", deyə vəkil bildirib.

Qalstyanın sözlərinə görə, Şirinyanın harada olması barədə hələ də məlumatı yoxdur. Saxlanmanın səbəbləri barədə məlumat da verilmir.