NATO-nun şərqdə qoşunlarını artırmaq qərarına - KREML REAKSİYA VERDİ

24 Yanvar 2022 18:48 (UTC+04:00)

Rusiya ilə Ukrayna arasında yaşanan gərginlikdə Kiyev administrasiyasına dəstək verən NATO, nəhayət Şərqi Avropada qoşunlarını artırmaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov NATO-nun bu addımına münasibət bildirib: “Biz NATO-nun qüvvələrini artıracağı və texnikasını bura yerləşdirəcəyi ilə bağlı bəyanatlarını görürük. Buna diqqətinizi çəkmək istəyirəm ki, bunlar NATO-nun ölkədə artan gərginliyi ilə bağlıdır”.

Kremlin sözçüsü Peskov Kiyevin Ukraynanın şərqində rusiyapərəst separatçılara qarşı əməliyyat keçirə biləcəyini müdafiə edərək, “Belə bir risk var və bu, əvvəlkindən qat-qat yüksəkdir” deyib.