Covid-19 peyvəndi kartının tətbiqinə başlanılıb - FRANSADA

24 Yanvar 2022 18:16 (UTC+04:00)

Fransada Covid-19 sağlamlıq kartı peyvənd kartına çevrilib. Bu gündən restoranlarda, barlarda, kafelərdə, toylarda, seminarlarda, ticarət yarmarkalarında, eləcə də qatar, təyyarədən ibarət uzun məsafəli ictimai nəqliyyat xidmətlərində təcili yardıma daxil olmayan xəstələr üçün Covid-19 peyvəndi kartı məcburi olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu yerlərə daxil olmaq üçün mənfi PCR test nəticəsi qəbul edilməyəcək.

Peyvənd kartı 16 yaşdan yuxarı şəxslər üçün məhdudlaşdırıldığı halda, sağlamlıq kartı 12-15 yaş arası insanlar üçün tətbiq olunmağa davam edəcək. 12 yaşdan kiçik uşaqlara məhdudiyyət qoyulmur, Covid-19-a yoluxmuş insanlar üçün isə peyvənd kartı 6 ay müddətində məcburi olmayacaq.