Məşhur türk aktrisası vəfat edib

24 Yanvar 2022 10:40 (UTC+04:00)

Türkiyənin görkəmli aktrisası Fatma Girik 79 yaşında vəfat edib. SİA -nın məlumatına görə, bu barədə İstanbulun Şişli Bələdiyyəsinin sədri Muammer Keskin "Twitter"də yazıb.

F.Girik müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, o, “Yeşilçam”ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılır.