Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb

24 Yanvar 2022 09:21 (UTC+04:00)

Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Qaralar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Əsədli kənd sakini E.Soltanov saxlanılıb.

Ondan qanunsuz olaraq ovladığı iki ədəd ov quşu aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.