Özcan Dəniz 10 il sonra səhnəyə qayıdıb

24 Yanvar 2022 09:52 (UTC+04:00)

Özcan Dəniz İstanbulda 10 ildən sonra ilk dəfə səhnəyə çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məşhur müğənni konsertində musiqidən heç vaxt ayrılmadığını da açıqlayıb.

Ötən axşam konsert verən Dəniz “30 ildir sizinləyik. 30 illik macəramızın son 10 ilində mən kinoya bir qədər ağırlıq verdim”, deyib.