Hazırda Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası başlayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Baş Prokuror Kamran Əliyev çıxış edir.
İclasda, həmçinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı da gözlənilir.
Qeyd edək ki, Kollegiya iclasının təfərrüatları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.