Taliban Osloda Avropa rəsmiləri ilə danışıqlara başlayıb

24 Yanvar 2022 08:58 (UTC+04:00)

Üç gün davam etməsi planlaşdırılan danışıqlarda ölkədə insan haqları və humanitar böhran müzakirə olunacaq. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Əfqanıstan əhalisinin 95 faizinin ərzaq məhsullarına kifayət qədər çıxışı yoxdur. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avropada Talibanın görüşlərlə mükafatlandırılmaması tənqidi ilə bəzi etiraz nümayişləri də olub.

Taliban üzvləri bazar günü hüquq müdafiəçiləri ilə görüşüb, lakin həmin görüşün təfərrüatları açıqlanmayıb. Feminist fəal Cəmilə Əfqani AFP xəbər agentliyinə danışanların “xoş niyyət nümayiş etdirdiklərini” və “onların sözləri əsasında nə edəcəklərini görəcəyik” deyib. Bazar ertəsi Taliban üzvləri üçün danışıqlarda mühüm gün olacağı bildirilir. Həqiqətən də Taliban ABŞ banklarında dondurulmuş milyardlarla dollara çıxış tələb etməyə hazırlaşır.