Bakıda avtomobilin vurduğu gənc kəllə-beyin travması alıb

24 Yanvar 2022 08:09 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bir nəfəri avtomobil vurub.

SİA xəbər verir ki, qəza Zabrat qəsəbəsində baş verib.

“Opel” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək yolu keçən 1993-cü il təvəllüdlü Nəsibli Rəmzi Səttar oğlunu vurub.

Zərbənin təsirindən R.Nəsibli ağır kəllə-beyin travması alıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.