Husilərə partlayıcı maddələr daşıyan gəmi ələ keçirilib

24 Yanvar 2022 05:14 (UTC+04:00)

ABŞ Hərbi Dəniz Qüvvələri göyərtəsində partlayıcı maddələr hazırlamaq üçün kimyəvi maddələr daşıdığı aşkarlanan gəmini saxlayıblar.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri bəyanat yayıb.

Qeyd olunur ki, gəmi İrandan çıxaraq əvvəllər husi üsyançılarına silah çatdırmaq üçün dəfələrlə istifadə edilmiş marşrut üzrə hərəkət edərkən saxlnılıb.

Bildirilir ki, tutulan gəmi daha əvvəl 2021-ci ilin fevralında Somali sahillərində saxlanılmışdı. O zaman gəminin göyərtəsində silahlar, o cümlədən “minlərlə” AK-47, snayper tüfəngləri, tank əleyhinə qumbaraatanlar və digər silahlar tapılıb.

Şübhəli gəmiyə baxış və axtarış zamanı kənd təsərrüfatında istifadə olunan, həmçinin partlayıcı maddələrin prekursoru kimi istifadə edilən 40 ton kimyəvi birləşmə aşkar edilib.