Tonqada vulkan və sunami nəticəsində 6 nəfər həlak olub

24 Yanvar 2022 04:39 (UTC+04:00)

Tonqa Krallığında vulkan püskürməsi və onun yaratdığı sunami nəticəsində 6 nəfər həlak olub.

SİA xəbər verir ki, bu barədə Çinin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat yayıb.

Sakit okeanda Tonqanın paytaxtı Nukualofadan 65 km şimalda yerləşən Hunqa-Tonqa-Hunqa-Haapai sualtı vulkanı yanvarın 15-də kül, buxar və qaz püskürməyə başlayıb.

Püskürmə başlayandan sonra Tonqa, Yeni Zelandiya, ABŞ, Kanada, Çili və Yaponiyada sunami xəbərdarlığı edilib.