Ermənistan parlamentinin üzvü: “Prezident ölkədən kənardadır”

24 Yanvar 2022 04:26 (UTC+04:00)

Ermənistanın istefa verdiyini elan etmiş Prezidenti Armen Sarkisyan respublikanın hüdudlarından kənardadır.

SİA xəbər verir ki, bu barədə parlamentin “Ermənistan” müxalif fraksiyasından olan deputatı Andranik Tevanyan bildirib.

“Respublika prezidenti vəzifəsini tutan şəxsin xaricdən istefa verdiyini elan etməsi utancvericidir”, – Tevanyan feysbukdakı hesabında yazıb.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan dünən istefa verdiyini açıqlayıb. O qeyd edib ki, Prezident ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir göstərmək üçün lazımi alətlərə malik deyil.