Bakı-Sumqayıt şossesində qəza törədən sürücü ərazidən yayınıb

24 Yanvar 2022 03:58 (UTC+04:00)

Abşeron rayonu ərazisində avtomobilini dəmir arakəsməyə çırpan sürücü ərazidən uzaqlaşıb.

SİA xəbər verir ki, qəza şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

“KİA” markalı nəqliyyat vasitəsini idarə edən şəxs sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dəmir yol ayrıcına çırpılıb.

Hadisəni törədən sürücü isə avtomobilini tərk edib. O, qəzanın baş verdiyi ünvandan uzaqlaşıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda sürücü axtarışdadır.