Pakistanda leysan yeddi nəfərin həyatına son qoyub

24 Yanvar 2022 03:44 (UTC+04:00)

Pakistanın şimal-qərbindəki Xeyber-Paxtunxva əyalətində leysan yağışları nəticəsində azı 7 nəfər ölüb, 16 nəfərsə yaralanıb.

SİA xəbər verir ki, cümə günündən bəri güclü yağışın səbəb olduğu torpaq sürüşməsi və dam örtüklərinin çökməsi nəticəsində ölənlər arasında qadın və uşaqların olduğu bildirilir.

Həmçinin, ən azı 19 ev və binaya qismən ziyan dəyib və ya tamamilə dağılıb.

Xilasetmə əməliyyatları hələ də davam edir.

Artıq torpaq sürüşməsi nəticəsində bağlanan bir neçə yol təmizlənib.