Bakıda qadını avtomobil vurub

24 Yanvar 2022 03:10 (UTC+04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə metronun “Əhmədli” stansiyasının yaxınlığında qeydə alınıb.

1964-cü il təvəllüdlü Məmmədova Elvira Ağababa qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.