Bəy toydan sonra təzə arvadını və baldızını öldürüb

23 Yanvar 2022 23:24 (UTC+04:00)

Tatarıstanda toydan 3 gün sonra bəy həyat yoldaşını və onun bacısını bıçaqlayaraq öldürüb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Naberejnıye Çelnıda baş verib.

20 yaşlı gəlinin və onun bacısının meyitləri qohumları tərəfindən mənzildə aşkarlanıb.

Qeyd edək ki, toy şənliyi yanvarın 20-də keçirilib.

Hadisənin səbəbləri araşdırılır.