Ağstafada yol qəzası nəticəsində "BMW" yanıb

23 Yanvar 2022 22:53 (UTC+04:00)

Ağstafa rayonunun Poylu kəndində "VAZ" və "BMW" markalı iki minik avtomobili toqquşub.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.