Kamerunda gecə klubunda fəlakət baş verib

23 Yanvar 2022 19:03 (UTC+04:00)

Kamerunun paytaxtı Yaounde şəhərində dəbdəbəli gecə klubunda baş verən yanğın nəticəsində azı 16 nəfər ölüb, 8 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hökumətdən verilən açıqlamada insidentin gecə klubunda istifadə edilən atəşfəşanlığın partlaması nəticəsində baş verdiyi bildirilib. Atəşfəşanlığın partlaması ilə tavanda başlayan yanğının daha çox partlayışa və panikaya səbəb olduğu öyrənilib. Səlahiyyətlilər yanğınla əlaqədar araşdırma başladıb.