Məşhur türk müğənni Ziynət Sali ötən axşam pərəstişkarları ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Raşit Bağzıbağlının imzası olan libası ilə səhnəyə çıxan Sali 2 saat qonaqları coşdurub.
Konsertin ən mühüm hissəsi 2019-cu ildə ailə həyatı quran və orkestrinin dirijoru olan gitaraçı Ərkan Ərzurumlu ilə “Ömrüm” mahnısında ifa etdikləri rəqs olub. Cütlük tamaşaçılar tərəfindən uzun müddət alqışlarla qarşılanıb.
Ayşən Vəli