Ermənistanı hava yolu ilə tərk edənlərin sayı artıb

23 Yanvar 2022 12:24 (UTC+04:00)

Ermənistanı hava yolu ilə tərk edənlərin sayı artıb. SİA bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Ötən ilin statistikasına görə, Zvartnots və Şirak Beynəlxalq Hava Limanları vasitəsilə ölkəni tərk edənlərin sayı daha artıq olub.

Belə ki, 2021-ci il üçün hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 47 323 nəfər çoxdur.