Test sınağı üçün laboratoriyaya aparılan meymunlar avtomobildən qaçıb

23 Yanvar 2022 07:08 (UTC+04:00)

ABŞ-ın Pensilvaniya ştatında yük avtomobili buzlu yolda zibil maşını ilə toqquşub.

SİA-nın məlumatına görə, qəza zamanı yük avtomobilində olan meymunlardan dördü qaça bilib.

Polis qısa müddətdə onlardan üçünü tuta bilsə də, dördüncünün taleyi naməlumdur. Qaçan heyvanları tapmaq üçün termal kameralar tətbiq edilib.

Heyvanlar Floridadakı elmi-tədqiqat laboratoriyasına aparılırmış. Uzunquyruq meymun deyilən bu heyvanların bir başının qiyməti 10 min dollardır. Onlardan koronavirus əleyhinə vaksinlərin sınağı zamanı istifadə edilir.