Dustaq telefonu gizlətmək üçün...uddu?

23 Yanvar 2022 03:25 (UTC+04:00)

Hadisə Hindistanın məşhur Tihar həbsxanasında baş verib.

Ötən həftə yoxlama zamanı 29 yaşlı dustaq nəzarətçilərdən gizlətmək məqsədi ilə mobil telefonu udub.

SİA-nın məlumatına görə, o, bir neçə gün sonra mədəsində kəskin sancılarla xəstəxanaya yerləşdiriblər. Həkimlər endoskopik müayinə yolu ilə telefonun yerini təsbit etdikdən sonra onu cərrahi əməliyyat olmadan xəstənin ağzından çıxarıblar.