Valideynsiz uşaqlara görə müavinət artdı

23 Yanvar 2022 01:58 (UTC+04:00)

Valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət artırılıb. 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib.

SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılıb.

Belə ki, həmin məbləğ övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.

Qeyd edək ki, son bir ildə Azərbaycanda 114 uşaq övladlığa verilib.