‘‘ABŞ Sәudiyyә Әrәbistanına silah satışını dayandırmayacaq’’

23 Yanvar 2022 00:11 (UTC+04:00)

Amerika Birlәşmiş Ştatları Sәudiyyә Әrәbistanına silah satışını dayandırmayacağını açıqlayıb.

SİA-nın məlumatına görə, bu barәdә Ağ Evin mәtbuat katibi Cen Psaki mәlumat verib. Jurnalistlәrin mәsәlә ilә bağlı suallarını cavablandıran Cen Psaki deyib: ‘‘Bu mövzu hasırda gündәmdә deyil. Sәudiyyә Әrәbistanı ilә uzun müddәtdir әlaqәlәrimiz var. Biz Sәudiyyә Әrәbistanına insan hüquqları vә digәr mәsәlәlәrdәki narahatlıqlarımızı çardırdıq’’.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinin Yәmәnin qәrbindәki Hudeyde şәhәrinә endirdiyi zәrbәlә nәticәsindә çox sayda insanın hәyatını itirmәsi ilә әlaqәdar Psaki deyib: ‘‘Günahsız insanların ölmәsinә sәbәb olan hәr olay tragediyadır’’.