Yəməndə hava hücumu 87 nəfərin ölümünə səbəb olub

23 Yanvar 2022 00:07 (UTC+04:00)

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava zərbələri nəticəsində Yəməndəki həbsxanada 87 nəfər həlak olub

SİA-nın xəbərinə görə, bu barədə “Al-Masirah” kanalı xəstəxanadakı mənbələrə istinadla məlumat yayıb.

Sərhədsiz Həkimlər təşkilatının yanvarın 21-də yaydığı məlumatda aviazərbələr nəticəsində Saada əyalətindəki həbsxanada 70 nəfərin öldüyü, 140 nəfərin yaralandığı bildirilirdi. Ötən gecə koalisiya hücumda iştirakını inkar edib.

Yəmən rəsmiləri isə 87 nəfərin öldüyünü, 226 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Dağıntılar arasından həlak olanların çıxarılması davam edir. Hücum qurbanlarının artacağı istisna edilmir.