Türkiyədə yeni tip korona virusundan (Covid-19) yanvarın 22-də 184 nəfər dünyasını dəyişib.
SİA xəbər verir ki, bir gündə 417 min 161 test edilib. Gündəlik yoluxma sayı 72.856-dır.
Son 24 saatda sağalanların sayı 89.926-dır.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 140 milyon 665 min 664-ə yüksəlib.