"Mançester Yunayted" son dəqiqə qolu ilə qalib gəldi

22 Yanvar 2022 22:26 (UTC+04:00)

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 23-cü tur oyununa çıxıb.

SİA xəbər verir ki, "qırmızı şeytanlar" "Vest Hem"i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Yunayted" - "Vest Hem" - 1:0
Qol:
Reşford, 90+3

Bu qələbə ilə xalını 38-ə çatdıran "Mançester Yunayted" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Siyahıya 56 xalla "Mançester Siti" başçılıq edir.