Tunis sahillәrindә qaçqın dolu qayıq batıb, ölәnlәr var

22 Yanvar 2022 22:10 (UTC+04:00)

Tunisin Safak şәhәri sahillәrindә qeyri-qanuni qaçqınları daşıyan qayıq batıb.

SİA xəbər verir ki, hadisә nәticәsindә 5 nәfәr hәyatını itirib,6 nәfәr dә itkin düşüb. Mәlumata görә 21 nәfәri xilas etmәk mümkün olub.

Digәr tәrәfdәn İtaliyanın Lampedusa adası sahillәrindә qeyri-qanuni qaçqınları daşıyan qayıq batma tәhlükәsi ilә üzlәşib. İtaliya Sahil Mühafizә Xidmәti 305 qaçqını xilas edib.Hadisә nәticәsindә ölәn olmayıb.

Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığının mәlumatına görә, keçәn il Avropaya keçmәyә çalışan 1496 qaçqın hәyatını itirib. Müvafiq dövrdә 66 min 770 qaçqının Avropaya keçdiyi bildirilib.