Prezidentliyə namizəd qaçqınlarla bağlı ağzına gələni danışdı

22 Yanvar 2022 21:57 (UTC+04:00)

Fransa prezidentliyinə namizəd, ayrı-seçkilikçi Erik Zemmur (Eric Zemmour) immiqrantlarla bağlı qalmaqallı şərhlərinə yenisini əlavə etdi, onların dərnəklərini "düşmən" adlandırdı.

SİA-nın əldə etdiyi məlumata görə, Fransanın həddindən artıq sağçı prezidentliyə namizədi E.Zemmur Alpe-Martime (Alpes-Maritimes) şəhərindəki Menton sərhəd polis bölməsində çıxışı zamanı qaçqınlara kömək edən dərnəkləri düşmən olaraq gördüyünü və buna görə "onlar cəzalandırılmalıdırlar" deyib.

İrqçi namizəd qalmaqal şərhlərində immiqrantları hədəfə alaraq çıxışında bunları söyləyib: “Bu insanlar Fransanın inkişafı əleyhinə hərəkət edirlər. Onlara düşmən kimi yanaşılacaq. Artıq bu dərnəklərə maliyyə yardımı da olmayacaq.

Keçən il ölkədə immiqrant sayında rekord artım qeydə alınıb. Onları köçə sövq edən səfalət deyil. Dünyanın ən geniş sosial yardım bazarı olduğu üçün Fransaya gəlirlər.

Bizim polisin zamanı immiqrantlara xərclənir. Polisin işini qaralayan dərnəklərə daha çox üz göstərilməyəcək. Fransa polisi vaxtını dayanmadan gəlməyə davam edən immiqrantları geri göndərmək üçün sərf edir."