ABŞ vətəndaşlarını təxliyə etməyi planlaşdırmır UKRAYNADAN

22 Yanvar 2022 20:15 (UTC+04:00)

Birləşmiş Ştatlar Ukraynadan vətəndaşlarını təxliyə etməyi planlaşdırmır. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Dövlət Departamenti həmçinin vurğulayıb ki, ABŞ Ukraynadan diplomatların ailələrini təxliyə etmək qərarına gəlsə, onlar təxliyyənin hökumət təyyarələrinin köməyi ilə baş verəcəyini gözləməməlidirlər.

Həmin gün Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə söhbəti zamanı deyib ki, Amerika səfirliyinin əməkdaşlarının və onların ailələrinin Kiyevdən mümkün təxliyəsi Ukrayna ətrafında baş verənlərə “aşırı reaksiya”dır.