"Qalatasaray" sabah "Trabzonspor"-u qəbul edəcək

22 Yanvar 2022 18:54 (UTC+04:00)

Superliqanın 23-cü həftəsində “Qalatasaray” yanvarın 23-ü bazar günü öz meydanında “Trabzonspor”u qəbul edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nef Stadionunda saat 19.00-da başlayacaq qarşılaşmanı baş hakim Atilla Karaoğlan idarə edəcək.

Matçın köməkçi hakimləri Bahattin Duran və Tarık Ongun, dördüncü hakimi isə Onur Özütoprak olacaq. Liqada geridə qalan 22 həftədə 7 qələbə, 6 heç-heçə və 9 məğlubiyyət yaşayan sarı-qırmızılılar 27 xal toplayıb. Tarixinin ən pis mövsümlərindən birini keçirən “Qalatasaray” həftəyə liderdən 24 xal geri qalaraq 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, iki komanda arasında mövsümün ilk yarısında Trabzonda keçirilən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.