Van gölünün donması görənləri təəccübləndirib

22 Yanvar 2022 18:50 (UTC+04:00)

Vanda təsirli olan soyuq hava həyata mənfi təsir etməyə davam edir. Havaların soyuq keçməsi ilə əlaqədar Van gölünün səthi donub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, burada yaşayan sakinlər ilk dəfə belə bir şeylə qarşılaşdıqlarını deyiblər.

Bu gölün əvvəllər buz tutmadığını, indi isə 1 aydır hava çox soyuq olduğu üçün qarın ərimədiyi bildirilib.