Rio karnavalı aprel ayına təxirə salınıb

22 Yanvar 2022 18:26 (UTC+04:00)

Rio meri Eduardo Paes ilə həmkarı Rikardo Nunes arasında San Pauloda keçirilən görüşdən sonra verilən açıqlamada fevralın son həftəsində keçirilməsi planlaşdırılan karnaval paradlarının aprelin 21-nə təxirə salındığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu qərar ölkədə Covid-19-a yoluxma hallarının artması ilə əlaqədar verilib.

Qeyd edək ki, 1929-cu ildən bəri hər il Rio küçələrini rəngləndirən karnaval, hər il katolik xristianların Pasxa orucundan əvvəl keçirilirdi.