Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib

22 Yanvar 2022 17:52 (UTC+04:00)

Paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 250 kvadratmetr olan ikimərtəbəli evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kvadratmetr sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.