Qanunsuz ov edən şəxs saxlanılıb

22 Yanvar 2022 17:49 (UTC+04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, rayonun Çolpu kənd sakini T.Əliyevdən bir ədəd “Toz” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı bir ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.