2 milyarddan çox insan bu problemdən əziyyət çəkir

22 Yanvar 2022 17:15 (UTC+04:00)

Dünya Bankının verdiyi açıqlamada hazırda dünya əhalisinin üçdə birinin “yemək bişirən yoxsulluq” içində yaşadığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada 2,6 milyard insanın təmiz olmayan, əsas yemək bişirmə şərtlərinə uyğun olmayan və sağlam olmayan mətbəxlərdə yemək bişirib yediyi vurğulanıb.