Ötən ay ölkədə 159,5 kiloqram gümüş istehsal edilib

22 Yanvar 2022 16:28 (UTC+04:00)

Ötən ilin dekabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 159,5 kiloqramı gümüşün payına düşüb. SİA-ya Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 582,6 kiloqram az olub.

Yanvarın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 62,9 kiloqram təşkil edib.